su haqqında

Su planetimizdə həyatın və hər bir canlı məxluqun cövhəridir. Pak su problemi insanlar üçün çoxdankı vaxtdan problemə çevrilib. Bu problem üçün də çıxış yolu tapılmışdır – təmiz və saf mineral bulaq suyu satışa çıxarıldı. Xoşbəxtlikdən, Azərbaycan öz su mənbələri ilə fəxr edə bilər, özü də neçə! Suyun müstəsna keyfiyyətləri onun yerləşdiyi dərinlik ilə şərtlənir. "AQUA VITA"-nın mənbəyi Xudatın ekoloji təmiz qoruq sayılan zonanın 400 metrlik dərinliyində qalın yer qatların suyu hər hansı çirklənmədən qoruyan yerdə yerləşir. Bizim suyun əks göstərişləri yoxdur. Əksinə, həkim və pəhriz mütəxəssisləri hesab edirlər ki, uşaqlar, hamilə və uşaq əmizdirən qadınlar bu suyu içməlidirlər. Bu su insan orqanizmdə maddələrin mübadiləsi proseslərini yaxşılaşdırmağa və gücün bərpa olunmasına kömək edir.

"AQUA VITA"-nın mənbəyi sanitar nəzarəti zonası ilə əhatə olunur və orada mənbənin çirklənmədən və kapotaj tikililərdən qorunması üçün xüsusi mühafizə rejimi yaradılıb.

Suyun mənbədən daşınması üçün yüksək keyfiyyətli poladdan düzəldilmiş və qida məhsullar üçün nəzərdə tutulan sisterni avtomaşınlardan istifadə olunur. Bu, suyun şəffaflığının saxlanılması, onun kimyəvi tərkibini isə dəyişilməz qalmasına imkan verir. Su daşınmadan sonra təhlil keçirilir. Onun kimyəvi tərkibi yoxlanılır və suyun mikrobioloji tədqiqi ekspress üsulla aparılır. Yalnız laboratoriya xidmətlərinin razılığı alındıqdan sonra, su saxlanma cənlərinə yığılır və sonra isə, yüksək effektli kartricli süzgəclərdən və bənövşəyi şüalar ilə sterilizatorlardan keçərək doldurulma sexinə daxil olur. Bu üsul suyu praktiki olaraq steril vəziyyətə gətirir. Su bu zavodda üfürmə üsulu ilə düzəldilən Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən istifadəsi icazə verilən PET formalı polietilentereftalatdan olan şüşələrə doldurulur.

Doldurulma xəttində avadanlığın təmiz olması və xidmət edən personalın şəxsi gigiyenası üzrə daimi sanitar nəzarəti aparılır.

Suyun keyfiyyəti daşınmanın, suyun hazırlanması və buraxılmasının hər mərhələsində kimyəvi və mikrobioloji laboratoriyalarda daimi olaraq tədqiqatlarda yoxlanılır. Bütün bu işlər istehsalın steril şəraitdə aparılmasını təmin edir. Qeyd etmək lazımdır ki, “AQUA VITA” yeraltı su olaraq, 400 metrlik dərinliyi olan və Xudatın yaxınlığında yerləşən ekoloji təmiz meşə massivində qazılmış Artezian quyusundan çıxarılır. Həmin dərinlikdə su suya davamiyyətli qatlar vasitəsilə insanın texniki və təsərrüfat-məişət fəaliyyəti nəticəsində yaranan hər hansı çirklənmədən qorunur. Bu suyun tərkibində insan həyatı üçün təhlükəli olan metal, pestisidlər və sairə sintetik orqanik birləşmələr mövcud deyil. “AQUA VITA” suyunda nitrat yoxdur.

Təbiətdə su heç vaxt kimyəvi tərkibinə görə saf birləşmə formasında mövcud deyil. Universal həlledici keyfiyyətləri olan suda hər zaman bir çox elementlər və birləşmələr var, onların tərkibi və tarazlı olması suyun formalaşması şəraitləri və torpağın susaxlayan qatları ilə şərtlənir.

Qədim zamanlardan bu günədək alimlər əhali arasında bu və ya digər xəstəliklərin yayılmasını suyun mineral tərkibi ilə izah edirdilər. Bu səbəbə görə, vacibdir ki, suda mövcud olan kimyəvi elementlər insan orqanizminə lazım olan səviyyədə olsun və suyun tərkibində insanın sağlamlığı üçün təhlükəli olan kimyəvi maddələr olmasın.

Suyun ümumi minerallaşması SanPin 2.1.4.559-96 "İçməli su və yaşayış yerlərində su təchizatı" standartına uyğun olaraq 1 000 mq/l səviyyəsində normaya uyğun gəlir.

Eksperimental tədqiqatlar onu göstərdi ki, yüksək minerallaşmış və yaxud aşağı səviyyədə minerallaşmış suyun istifadə edilməsi su-duz tarazlığın pozulmasına gətirib çıxarır və nəticədə, insan orqanizmində bir çox mübadilə və biokimyəvi proseslərin bir-biri ilə uzlaşmamağı baş verir. Orqanizmin daxili mühitinin daimiliyini təmin etmək üçün içməli suyun minerallaşmasının optimal səviyyəsi 200 - 400 mq/l diapazonudur. Bu diapazonda “AQUA VITA” suyunun minerallaşması baş verir - 380 mq/l.

Bu halda, Ca suda minimal konsentrasiyası 25 mq/l, Mg isə 10 mq/l az olmamalıdır. Bu onunla izah oluna bilər ki, Ca və Mg insan orqanizmində çox mühüm funksiyaları yerinə yetirirlər.

Ən başlıcası isə odur ki, Ca və Mg sümük və dişlər üçün plastik materialı rolu oynayır.

Ca hüceyrələrin nüvə və membranına daxildir. Bu maddə qan damarlarının divarlarını möhkəmləndirir, qanın laxtalanmasında və əzələlərin hərəkətində iştirak edir. Ca mərkəzi sinir sisteminə sakitləşdirici təsir göstərir və ürək fəaliyyətini möhkəmləndirir. Tədqiqatlar göstərdiyi kimi Ca qanda çatışmaması hipertoniyanın yaranmasında ən vacib faktordur.

Mg zülal və karbohidratların mübadiləsində iştirak edir, bağırsağın normal peristaltikası üçün vacibdir, ürəyin fəaliyyətini yaxşılaşdırır, mərkəzi sinir sisteminə və əzələlərə sakitləşdirici və tənzimləyici təsir göstərir. Mg çatışmaması halında aritmiya, taxikardiya, baş gicəllənməsi, əzələlərin tutulması və sinir pozuntuları baş verir.

Son məlumatlara əsasən, Ca və Mg aşağı konsentrasiyası olan su ürək-damar xəstəliklərinin yaranmasının vacib faktorlarından biridir. Eyni zamanda, suyun qatılığını müəyyən edən Ca və Mg duzları sidik-daş xəstəliyinin inkişaf etməsi üçün əsas faktor ola bilər.

Məhz bu səbəbə görə, qatılığı çox olan suyun istifadəsi tövsiyə edilmir. “AQUA VITA” suyundakı Ca konsentrasiyası - 52 mq/l, Mg isə 21 mq/l. Bu, insan orqanizmi üçün optimal səviyyədir.

İnsan üçün digər vacib makroelement Nа-dir. Bu maddə skelet əzələlərinin hərəkəti, ürəyin normal döyüntüsü, turşu-qələvi tarazlığın saxlanılması üçün lazımlıdır və orqanizmin su mübadiləsində vacib rol oynayır.

Na orqanizmə NaCl tərkibində daxil olur. Orqanizmdə duzun çox olması təhlükəlidir. Suyu toxumalarda saxlayaraq, Na şişlərə səbəb olur, qan təzyiqini artırır, dərinin vəziyyətinə mənfi təsir göstərir. Duzun çatışmaması isə yorğunluq hissini yaradır, baldırların tutulması ilə xarakterizə olunur. Na "AQUA VITA" suyunda konsentrasiyası 50 mq/l səviyyəsindədir.

K zülal, karbohidratların mübadiləsində iştirak edir, onların sintezi üçün vacibdir, əzələlərin hərəkəti üçün əhəmiyyətlidir, sinir-əzələ sisteminin fəaliyyətində iştirak edir, su mübadiləsini tənzimləyir, orqanizmdən suyu çıxarır. K konsentrasiyası 12 mq/l. (СР) Mg orqanizmdəki daimi yaxın elementidir. Bu maddə Mg ilə birgə hüceyrə və toxumalarda osmotik təzyiqin tənzimlənməsində iştirak edir, su mübadiləsini tənzimləyir, mədə şirəsinin, mədəaltı vəzin sekretinin tərkibinə daxildir. Xloridlərin “AQUA VITA” suyundakı konsentrasiyası 26 mq/l.

S biogen elementdir, yəni insan orqanizminin daimi tərkib hissəsidir. Bu maddə B6 vitaminin sintezi üçün lazımlı sayılan aminoturşuların tərkibinə daxildir. Sulfatların “AQUA VITA” suyundakı konsentrasiyası 80 mq/l.

Duzlu və acı dadı olan sulfat və xloridlər suyun orqanoleptik tərkibinə təsir göstərir. Artıq sübut olunub ki, suyun orqanoleptik keyfiyyətlərində bir balaca dəyişiklik mədə şirəsinin formalaşmasını azaldır. Bununla belə, yaxşı dad hissləri görmənin dəqiqliyini və ürək döyüntüsünün tezliyini artırır, qeyri-münasib dad hissləri isə - azaldır. Məhz bu səbəbə görə də, sulfat və xloridlərin içməli suyun tərkibindəki konsentrasiyası QOST normalarına uyğun olaraq hiss olunma səviyyəsində müəyyən olunmalıdır: 350 mq/l xloridlər üçün və 500 mq/l sulfatlar üçün. “AQUA VITA” suyunda sulfat və xloridlərin konsentrasiyası onun orqanoleptik keyfiyyətləri üçün ən optimal səviyyədədir.

“AQUA VITA” suyunda təqribən onlarla mikroelement faizin mində bir hissəsinə uyğun olan konsentrasiyada mövcuddurlar. Bu mikroelementlər nəinki mineral mübadilədə iştirak edir, həmçinin katalizator qismində biokimyəvi proseslərin ümumi mübadiləsinə kifayət qədər təsir göstərirlər. Suyun kimyəvi tərkibi ilə yanaşı, insanın sağlamlığı üçün suyun epidemioloji baxımdan təmizliyi də vacibdir. Vəba, qarın yatalağı, salmonel, dizenteriya, eşerixioz, tülyaremiya, brusellyoz kimi xəstəliklərin su vasitəsilə keçməsi ehtimalı sübuta yetirilib. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) verdiyi məlumata görə, hər il dünyada 5 milyon adam içməli suyun aşağı keyfiyyətinə görə vəfat edir. Su təchizatı ilə bağlı əhali arasında yoluxucu xəstəliklərin yayılması halları ildə 500 milyona çatır. Bu səbəbdən dünyada içməli suyun keyfiyyətini müəyyən edən beynəlxalq standartlar qəbul olunub. Azərbaycanda bu tələblər Dövlət standartları tərəfindən təsdiqlənmiş “İçməli su və yaşayış yerlərində su təchizatı” SanPuNa 2.1.4.559-96 ilə tənzimlənir. Epidemioloji baxımdan içməli suyun saflığını təmin edən tələblər əlavə göstəricilərə əsaslanır: suyun 1 ml saprofitlərin sayı və koli-indeks (suyun 1 litrində olan bağırsaq basili qrupuna aid olan bakteriyaların sayı). Eksperimental qaydada sübut edilib ki, 1 ml 100 saprofiti olan və 1 litrdə bağırsaq basili qrupuna aid 3 bakteriyası olan suyun tərkibində patogen mikroorqanizmlər mövcud deyil və bu su mikrobioloji baxımdan təhlükəsizdir. “AQUA VITA” suyunun mikrobioloji göstəriciləri SanPiN 2.1.4.559-96 normasına tam uyğundur.

Beləliklə, “AQUA VITA” suyu optimal qatılığa malikdir - 4,4 mq/ekv/l, suyun qatılığını müəyyən edən Ca və Mg duzların konsentrasiyası isə müvafiq olaraq 52 mq/l və 21 mq/l.

“AQUA VITA” suyunun qələvilik dərəcəsi 4,4 mq/l, karbonatların konsentrasiyası 268,4 mq/l. Bu göstəriciləri digər sularla müqayisə etsək, onda “AQUA VITA” suyunun üstün cəhətlərini açıq aydın görə bilərik.

Ürək və əzələlərin işləməsi üçün lazımlı olan Ma kimi vacib element “AQUA VITA” suyunun tərkibində 50,1 mq/l səviyyəsindədir.

К “AQUA VITA” suyunda konsentrasiyası 12,1 mq/l.

“AQUA VITA” suyunun minerallaşması optimal fizioloji diapazon çərçivəsində baş verir.

Bütün bunlar “AQUA VITA” suyunun üstün cəhətlərindən xəbər verir.

  » Şirkət haqqında
  » Əlaqə Məlumatları
  » Bulaq və su